Polis olmaq istəyənlərin sayı artıb
Bu il Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul üçün 2938 nəfər müraciət edib. Ötən il bu göstərici 2250 nəfər təşkil edib.
Bu haqda DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
Məlumatda bildirilir ki, bu il imtahan verənlərdən 550 nəfər hüquqşünaslıq, 25 nəfər informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul olunub.
Hüquqşünaslıq üzrə ən yüksək nəticə göstərən abiturient 675,3 bal toplayıb. İnformasiya təhlükəsizliyi ixtisası üzrə isə ən yüksək nəticə 675,7 bal olub. Ümumilikdə 72 nəfər 600 baldan çox toplayıb.
Qəbul prosesi yalnız test imtahanı ilə məhdudlaşmır. Namizədlər fiziki hazırlıq sınaqları, psixoloji və bilik testləri, həmçinin Seçmə Komissiyanın müsahibə mərhələsindən keçirlər.
Basta