İsa Qəmbər: “Bu uydurmadır”
Azərbaycanın hakimiyyətyönlu media orqanları Türkiyədə yayılan feyk xəbərə istinadən guya İmamoğluna qarşı cəsus ittihamı ilə qaldırılan cinayət işində İsa Qəmbərin adının keçdiyi, Müsavat başqanının hansısa şirkətdən maliyyə dəstəyi aldığı barədə yalanı tirajlayıblar.
İsa Qəmbər bunun uydurma olduğunu açıqlayıb: “Mənim haqda yazılanlar həqiqət deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm və həmin şirkət vasitəsilə guya mənə “maliyyə dəstəyi göstərilməsi” uydurmadır”.
Umumiyyətlə, İmamoğluna qarşı ittihamlar da yalandır. O, korrupsiya ittihamı üzrə məhkəmədə bəraət aldı. İndi ona görə yeni ittiham irəli sürüblər. Cəsusluq ittihamı üzrə də bəraət alacaq.
Türkiyədə repressiya və hakimiyyətin şər-böhtan kampaniyası o qədər genişlənib ki, artıq qardaş ölkənin sərhədlərindən kənara çıxır. Hər şeyin sonu olduğu kimi, bu haqsızlıqların, bu şərəfsizliyin də bir sonu olacaqdır!

