Rüfət Səfərovdan mühüm çağırış
Bu gün Rüfət Səfərovun məhkəmə prosesi təyin olunan vaxtdan 1 saat 10 dəqiqə geç başladı və cəmi 15 dəqiqə çəkdi.
Amma bu qısa zamanda da Rüfət bəy əhəmiyyətli çağırış edərək, Ukrayna xalqına, Avropa qurumlarına, dünyaya və hətta, Tramp administrasiyasına səsləndi. Məhkəmə zalında yazmaq imkanı olmadığından Rüfət bəy düşündüyü əsas tezisləri yaddaşımızda qaldığı kimi ictimaiyyətin diqqətinə çatdırmamızı istədi.
Beləliklə, Rüfət Səfərov keçirilən bu məhkəmə prosesindən heç bir obyektivlik və ədalət gözləmədiyini və ədalətin nəinki bizim ölkəmizdə, hətta bütün dünyada gücə məğlub olduğunu, hər yerdə güclülərin sözünün keçdiyini diqqətə çatdırdı. Eləcə də, qeyd elədi ki, bu gün Ukraynada milyonlarla insanın həyatını itirdiyi bir zamanda burada hansısa məhkəmənin onun barəsində qəbul edəcəyi qərarın onun üçün heç bir mühüm əhəmiyyəti yoxdur. Amma o, bir tanınmış hüquq müdafiəçisi kimi bütün varlığı, ruhu və mövcudluğu ilə Ukrayna xalqının yanındadır və Ukrayna xalqının haqq işini, milli azadlıq mübarizəsini və Ukrayna prezidentinin fəaliyyətini bütün qəlbi ilə dəstəkləyir. Rüfət bəy bir daha vurğuladı ki, çox istərdi ki, onun bu fikirləri həm Ukrayna ictimaiyyətinə, həm də Ukraynanı dəstəkləyən hər kəsə çatdırılsın.
Dadaş Əhmədli

