Bolqarıstan hökuməti ölkədəki etirazlar fonunda istefa verdi
Bolqarıstanın baş naziri Rosen Jelyazkov onun rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefası barədə bəyanat verib. Jelyazkovun kabineti yeni hökumət formalaşana qədər öz funksiyalarını yerinə yetirməyə davam edəcək. Bulgarian News Agency və Nova yazır ki, istefa ölkədəki kütləvi etirazların fonunda baş verib.
Etirazlar əvvəlcə 2026-cı ilin büdcə layihəsinə etiraz kimi başlamışdı. H
əmin layihədə özəl sektor üçün vergilərin artırılması, məmurların maaşlarının yüksəldilməsi və dövlət xərclərinin genişləndirilməsi nəzərdə tutulurdu. Daha sonra narazılıq hökumətin tam istefası və siyasi sistemin yenidən qurulması tələbinə çevrilib.
Baş nazir istefa müraciətini parlament hökumətə qarşı müxalifət tərəfindən təqdim olunmuş növbəti etimadsızlıq səsverməsinə hazırlaşdığı vaxt açıqlayıb. Jelyazkovun sözlərinə görə, hökumət Milli Məclisin dəstəyinə şübhə etmirdi, lakin “cəmiyyətin gözləntilərinə uyğun davranmağa” qərar verib.

