Müsavat Məclisinin sessiyası keçirildi
Dekabrın 27 Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. İclasda 2026-cı il üçün partiyanın fəaliyyət istiqamətləri haqqında sənəd layihəsi qəbul olunub. Müsavat başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı, İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvləri Nüşabə Sadıxlı, Mirbaba Babayev və digərləri ölkədə və reginoda ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr mövzusunda çıxış ediblər.
İclasda Məclisin “Qarabağa Qayıdış” komissiyası yaradılıb. Elşən Əlisoy gizli səsvermə yolu ilə komissiyanın sədri seçilib.
Sonda cari məsələlər müzakirə olunub.


