İranda öldürülən etirazçıların sayı 19-a çatdı

İranda həftə ərzində iğtişaşlarda ən azı 19 nəfər öldürülüb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

“Bununla yanaşı, 990 nəfər həbs edilib”, – məlumatda bildirilib.

Buna səbəb inflyasiyaya qarşı etirazların bütün ölkəni əhatə etməsi və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verməsidir.

Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ilin ən böyük etiraz aksiyaları keçirilir.

GünazTV