İrandan dəhşətli görüntülər
Minlərlə adamı güllələyib öldürən idarəçiliyin hər hansı qanuniliyi ola bilməz.
İnsanlığa qarşı cinayət mahiyyəti daşıyan kütləvi qətllərə görə şübhəsiz ki, rejimin rəhbəri birbaşa məsuliyyət daşıyır. Lakin prezident Məsud Pezeşkianın da ən azı siyasi və mənəvi məsuliyyəti var.
Rejim zatən çürümüş və legitimliyini itirmişdi, bu faciədən sonra, üstəlik iqtisadi iflas və digər ağır sosial, ekoloji problemlər şəraitində, ciddi xarici dəstək almadan duruş gətirməsi çox çətindir. Eyni zamanda, dəyişikliyin gerçəkləşməsi üçün da xarici faktorun təsirinə ehtiyac olduğu ortadadır.
Yəni, bir tərəfdən rejimi ayaqda saxlamaqda maraqlı olan, digər tərəfdən isə onu demontaj etmək istəyən xarici güclər arasında da dolayı mübarizə gedəcək.
Yazı Şahin Cəfərlinin feysbuk səhifəsindən götürülüb.

