“Ali Məhkəmə “Yelo bank”ın xeyrinə sifarişli qərar çıxardı”
Mustafa Hacıbəyli
Bu gün Ali Məhkəmə evimi əlimdən almaq istəyən soyğunçu “Yelo bank”ın xeyrinə qərar verdi. Özü də məhkəmə barədə vəkilə və mənə məlumat vermədən. Vəsatət hazırlamışdım, məhkəmə ərəfəsində təqdim edəcəkdim. Adını məhkəmə qoyan bu qurum şok yaşatdı. Halbuki, məhkəmə yazılı olsa da, əlavə sənəd, yaxud vəsatət təqdim etmək üçün 20 gün vaxt verilməli idi.
Hətta məhkəmə qərarı veriləndən sonra da vəkilə məlumat verməyiblər. Şikayət edən tərəf bizik, amma məhkəmə “şad xəbəri” banka çatdırıb. Biz cavabı qarşı tərəfdən alırıq.
Bu barədə əvvəl yazmışam: bankdan manatla ipoteka krediti götürülüb, manatla ödənilib, qəbzlər var, müqavilə manatla olub. Ekspertiza Mərkəzi və Auditorlar Palatası borcun manatla olduğu barədə dörd (!) dəfə rəy çıxarıb. Amma bankın təsiri nə qədər güclü oldusa, məhkəmələr sonda borcun dollarla olduğuna qərar verdi, indi də Ali Məhkəmə gizlində çıxardığı qərarla bunu təsdiqlədi. Qərarı hakim Rəşad Həsanovun sədrliyi ilə veriblər. Mənə deyilib ki, o, MSK sədri Məzahir Pənahovun yaxın qohumudur. “Yelo bank” (keçmiş “Nikoyl” bank) isə Azərbaycanda fəaliyyət göstərsə də, Rusiyanın bankıdır – səhmlərinin 99 faizi Rusiya vətəndaşı Marina Kulişovaya məxsusdur.
Ölkədə hüquq yox, məhkəmə yox, ədalət yox, vicdan yox. Şərəfsizlər.

