َİrana ABŞ-İsrai hücumu
Bu gün səhər saatlarından ABŞ və İsrail hərbi hava qüvvələri paytaxt Tehran başda olmaqla İranın bir çox şəhər və bölgələrində hərbi baza və hökumət binalarına zərbələr endiriblər.
Buna cavab olaraq, İran İordaniya, BƏƏ, Qətər, Küveytə, Bəhreynə zərbələr endirib. Əbu-Dabi və Dubayda partlayışlar eşidilib. BƏƏ-də İran raketinin qarşısı alınarkən bir nəfər ölüb. BƏƏ buna cavab haqqını özündə saxladığını deyib. İordaniya ərazisinə atılan iki raketi vurduğunu bildirib. Qətər hücum nəticəsində ciddi xəsarət alanın olmadığını deyib;
– “Reuters” agentliyi İran hakimiyyətindəki mənbəsinə əsasən yazıb ki, ABŞ və İsrail hücumları nəticəsində SEPAH-ın bir neçə yüksək vəzifəli şəxsi, o cümlədən bir neçə yüksək vəzifəli İran rəsmisi öldürülüb. Bu məlumatı İran hakimiyyəti təsdiqləməyib. “Nyu-York Times” da ilk zərbələrin hədəfinin İran rəsmiləri olduğunu açıqlayıb;
– İran KİV-ləri prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejei, xarici işlər naziri Abbas Əraqçının sağ olduğunu yazıblar. Zərbələrdən biri keçmiş prezident Mahmud Əhmədinejadın evinə endirilib.
– Təsdiq olunmuş məlumatlara görə, ABŞ ilə İsrailin SEPAH-ın Hörmüzqan və Minabdakı briqadasına, Konarakada Hərbi Hava Qüvvələrinə, Buşehrdə isə “Cam” raket komplekslərini vurduğunu müəyyən edə bilib.
İran Xarici İşlər Nazirliyi ABŞ və İsrail hücumları ilə bağlı bəyanat yayıb. Bəyanatda İranln düşmən aqressiyasına qarşı müdafiə zamanının çatdığı bildirilib. BMT Təhlükəsizlik Şurasından ABŞ və İsrailə qarşı təcili addımlar atılması tələb edilib;
– Bakı-Naxçıvan-Bakı avtobus reysləri müvəqqəti təxirə salınıb. AYNA bunu həmin avtobusların İran ərazisindən keçməsi ilə izah edib;
– Trampın bu gün ABŞ vaxtı ilə səhər saatlarında xalqa növbəti müraciət edəcəyi gözlənilir. Bu, Azərbaycanda axşam saatlarına təsadüf edəcək;
– İranla yanaşı bu gün İraqa da zərbə endirilib. Paytaxt Bağdadın cənubunda Haşdi Şabi qruplaşmasının qərargahı vurulub;
– İranın ərəb ölkələrinə zərbələri fonunda Yaxın Şərq ölkələrinə olan demək olar ki, bütün aviareyslər təxirə salınıb.
GünazTV

