İsrail Livana qoşun yeritdi
İsrail ordusu Livanın cənubunda “məhdud” quru əməliyyatı barədə məlumat verib.
Məlumatda bildirilir ki, son bir neçə gün ərzində İsrail hərbçiləri Livanın cənubunda “məhdud və hədəfli quru əməliyyatları” həyata keçirməyə başlayıblar. Əməliyyatların məqsədi Hezbollah təşkilatının həmin ərazidəki dayaq məntəqələridir: “Bu əməliyyat ön müdafiə xəttinin yaradılması və möhkəmləndirilməsi üçün həyata keçirilən daha geniş müdafiə tədbirlərinin tərkib hissəsidir”.

