Müsavat beynəlxalq birliyi Ermənistanın hərbi cinayətlərinə son qoymağa çağırır

Müsavat Partiyası oktyabrın 4-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması ilə bağlı bəyanat qəbul edib.

.

Sənəddə deyilir:

.

Bu gün Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə artileriya hücumu edilib, raket atəşi açılıb. Bir mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Mülki obyektlərə ciddi ziyan dəyib.

.

Ermənistan ərazisindən Azərbaycan yaşayış məntəqələrinin, o cümlədən Gəncə şəhərinin qadağan edilmiş kasetli bombalarla atəşə tutulması erməni tərəfin böyük təxribatı, Azərbaycanı adekvat cavablara təhrik etməklə Rusiyanı hərbi konfliktə cəlb etmək cəhdidir.

.

Müsavat Partiyası Beynəlxalq Birliyi, ilk növbədə Minsk qrupu həmsədr dövlətlərini Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinə son qoyulması üçün təsirli tədbirlər görməyə çağırır”.

.

Basta

.