Arif Hacılı: “Minsk qrupunun tərkibi dəyişdirilməlidir”
Mövlud Çavuşoğlu haqlıdır.
ATƏT in Minsk qrupu həmsədrlərinin bu qrupa daxil olan dövlətlərin mövqeyi nəzərə alınmadan uzun illər ərzində göstərdiyi uğursuz və nəticəsiz fəaliyyət müzakirə olunmalıdır.
Qarabağ münaqışəsini nizamlamaq məqsədi ilə 1992-ci ildə yaradılan ATƏT in Minsk qrupu Azərbaycan və Ermənistandan başqa daha 9 üzv dövlətin təmsilçılərindən ibarətdir. Qrupa həmsədr dövlətləri ABŞ,Rusiya, Fransadan başqa Almaniya, Türkiyə, İtaliya, Finlandiya, İsveç, Belorus dövlətləri də daxildir.
Bu dövlətlərin nümayəndələrinin toplanması, Minsk qrupu həmsədr dövlətlərinin bu illər ərzindəki fəaliyyəti müzakirə edilməlidir.
Əsas müzakirə mövzusu həmsədr dövlətlərin bərbad fəaliyyətinə görə tərkibin Azərbaycan və Ermənistanın rəyi əsas götürülməklə dəyişdirilməsi və ya fərqli sistemin tədbiq edilməsi ilə gerçək vasitəçilik missiyasının müəyyənləşməsi olmalıdır.
.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
Basta