Anticismlər 8 ay ərzində təkrar infeksiyadan qoruyur

Koronavirus infeksiyasına məruz qaldıqdan sonra yaranan  anticismlər, əksər hallarda altı aya qədər qoruyur. Təkrarlanan infeksiyaların say baxımından az və simptomatik olmadığı aşkar edilib.

 

Oxford Universitetindəki klinikaların 12,5 min işçisi anticism üçün test edilib.  Yeni araşdırmanın nəticəsi  “New England Journal of Medicine” jurnalında dərc edilib.

 

1265 iştirakçıda anti-S-protein IgG anticismləri tapılıb. Bunlardan 68% -i əvvəllər COVID-19-a bənzər simptomları olduğunu bildirib.

 

Bundan əlavə, 31-ci həftə ərzində tədqiqatçılar PCR metodundan istifadə edərək aktiv koronavirus infeksiyası aşkar ediblər. Anticism olmayan səhiyyə işçiləri arasında 223 nəfər müsbət test alıb, onlardan 123 nəfəri simptomatik olduğu halda, 100 nəfəri simptomatik olmayıb. Anticismli iştirakçı qrupunda, hər ikisi asimptomatik olmaqla, yalnız iki nəfərdə infeksiya aşkar edilib.

 

Bu nəticələr, COVID-19-dan sonra anticismlərin insanı azı altı ay ərzində təkrar infeksiyadan qoruduğunu göstərir.

 

Heybət Əmrah

 

Basta