Qarabağda kəndləri ləğv edib şəhərciklər tikəcəklər?

Yayılan məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə xırda kəndləri ləğv edib, əvəzində bir neçə şəhərciklər salınacaq.

 

Bu haqda Müsavat başqanının müavini Razim Əmiraslanli yazıb.

 

O, qeyd edib ki, məcburi köçkünlər
illərlə qışın şaxtasında, yayın qızmarında çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, zirzəmilərdə, yarımçıq binallarda qeyri- insani şəraitdə yaşadılar.
Amma bütün bu əzab-əziyyətlərə baxmayaraq həmişə ümidlə yaşayıblar və inanıblar ki, bir gün doğma dədə-baba yurdlarına dönəcəklər.

 

“Artıq torpaqlarımız işğaldan azad edilib. Məcburi köçkünlərimiz də böyük sevinc hissi ilə vətənə dönüb, yenidən torpaqlarımızda qurub, yaratmaq, yaşamaq istəyirlər və o günü səbirsizliklə gözləyirlər. Amma yayılan məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə xırda kəndləri ləğv edib, əvəzində bir neçə şəhərciklər salınacaq, modul tipli qəsəbələr tikiləcək” – deyə, Razim Əmiraslanlı bildirib.

 

Müsavat yetkilisi qeyd edib ki,  əgər ərazilərin bərpa proqramında məcburi köçkünlərin məskunlaşması belə nəzərdə tutulubsa, bu ciddi etirazla səbəb olacaq: “Çünki hər kəs öz doğma kəndində məskunlaşmaq istəyir. Hətta çoxları heç bir yardım gözləmədən şəxsi vəsaitləri hesabına kəndində ata-baba yurdunu bərpa etmək, yeri gəlsə çadır qurub yaşamaq istəyir. Buna görə də məcburi köçkünlərin rəyi mütləq nəzərə alınmalıdır”.

 

Basta