BMT-nin xüsusi nümayəndəsi Abbas Lisaninin durumu ilə bağlı hesabat hazırlayıb

Fevralın 9-da Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi professor Cavid Rəhmanın BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyi hesabatı nəşr olunub. 

Məlumatı Azərbaycan İnsan Haqları Cəmiyyətinin (ƏRK) rəhbəri xanım Jalə Təbriz yayıb.

 

Bildirilir ki, hesabatda xüsusi nümayəndə İranda zindanlarda saxlanılan insanların durumu barədə narahatlığını ifadə edib. Hüsabatın 21 mart 2021-ci tarixində BMT-nin İnsan Hüquqları Şurasında müzakirə olunacağı gözlənilir.

 

Hesabatda xatırladılıb ki, 2020-ci ilin iyul ayında İran Ali Məhkəməsi, Azərbaycan türkü, mədəni fəal Abbas Lisaniyə qarşı irəli sürülən milli təhlükəsizlik əleyhinə fəaliyyətə görə 15 il həbs cəzasının yenidən nəzərdən keçirilməsini rədd edib.

 

Günaz.TV