Paşinyan Baş Qərargahı çevriliş cəhdində ittiham etdi, tərəfdarlarını meydana çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

 

Baş nazirin feysbuk səhifəsinə istinadən xəbər verir ki, o, tərəfdarlarını meydana çıxmağa çağırıb.

 

“Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm”, – o bildirib.

 

 

Daha əvvəl Ermənistanın Baş Qərargahı müvafiq bəyanat yayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

 

Baş Qərargah rəisi Onik Gasparyan, bütün müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri tərəfindən imzalanan açıqlamada, uzaqgörən olmayan və əsassız addımlara, xüsusən də baş qərargah rəisinin birinci müavininin vəzifədən çıxarılmasına qarşı kəskin etiraz ifadə edilib.

 

Basta