Ukraynada Azərbaycan səfirinə qarşı cinayət işi qaldırıldı
Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı, 1966-cı il təvəllüdlü Qüdsi Dursun oğlu Osmanov barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri üzrə cinayət işi başladıb.
.
Ovqat.com-un məlumatına görə, bu barədə Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri Prokurorluğu İstintaq Şöbəsinin rəis müavini Eqor Rebrovun imzaladığı rəsmi məktubda qeyd edilir.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Moldovadakı Səfiri Qüdsi Osmanovun Rusiya Federasiyası tərəfindən işğal edilmiş Ukraynanın Krım Muxtar Respublikası ərazisinə qanunsuz səfər etməsi təsdiqlənıb. Xarici telekanalların çəkdiyi video-görüntülərdə Qüdsi Osmanov Rusiya prezidenti Vladimir Putinin yanında dayanıb və Krımda keçirilən sambo yarışını seyr edir. Ukrayna Baş Prokurorluğu da bu görüntüləri incələyib və ölkənin ərazi bütövlüyünə və suverenlik haqlarına hörmətsizlik edən Azərbaycan səfiri barəsində cinayət işi açıb.
.
.
Məlumata görə, Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Prokurorluğu Qüdsi Dursun oğlu Osmanovun törətdiyi cinəyəti Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri ilə (Maddə 332-1. Müvəqqəti işğal altında olan Ukrayna ərazisinə giriş və çıxma prosedurunun pozulması) ilə təsnif edərək topladığı faktları araşdırılması üçün istintaqa göndərilib. Paralel olaqar Ukrayna Müdafiə nazirliyi Baş Kəşfiyyat idarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin də Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanovla bağlı məxfi araşdırma başladığı iddia olunur.
.
Cinayət işinin Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədovun rəsmi müraciəti əsasında açıldığı bildirilir. Yaxın dəqiqələrdə Daşqın Gülməmmədovun bu barədə fikirlərini öyrənməyə çalışacağıq.