“Azərbaycan Qarabağdakı qələbəsini London metrosunun divarlarında həkk etdirib”

Londonun metro stansiyalarında Azərbaycanın mədəni irsini əks etdirən bannerlər yerləşdirilib. Banerlərdə Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə yerləşən tarixi abidələr əks olunub.

 

Ermənistanın  İngiltərədəki səfirliyi bu irsin erməni xalqına aid olduğunu iddia edərək, bannerlərin çıxarılması üçün yerli hökumətə müraciət edib. Bu haqda Panorama.am saytı Ermənistanın Böyük Britaniyadakı səfirliyinə istinadən məlumat yayıb.

 

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, “Azərbaycan  Qarabağdakı qələbəsini bu reklam bannerləri vasitəsilə London metrosunun divarlarına həkk etdirib”.

 

Qeyd edək ki, ordumuzun zəfəri ilə yekunlaşan Vətən müharibəsi günlərində Böyük Britaniya Azərbaycana siyasi dəstək verib.

 

 

 

Basta