Peskov Şuşada tapılan “İsgəndər” raketi barədə: “Eşitməmişəm, bilmirəm, xəbərim yoxdur”

“Raketlə bağlı heç nə deyə bilmərəm, bilmirəm, informasiyaya malik deyiləm”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Azərbaycan tərəfinin “İsgəndər” raket kompleksində ixrac markasını deyil, Rusiyadaxili markanı tapması ilə bağlı bəyanatına dair məruzəni əldə edib-etməməsi barədə jurnalistlərin sualına cavab verib.

 

Ermənistan lideri ilə danışığa gəlincə, Rusiya prezdentinin mətbuat katibinin  sözlərinə görə, iktərəfli gündəlik olacaq.

 

“Bizdə hökumətlərarası komissiya aktiv fəaliyyət göstərir, Aleksey Overçuk biz tərəfdən baş nazirin müavini, həmsədrdir. Bu, əlbəttə ki, inteqrasiya prosesləridir. Çünki Ermənistanla həm Müstəqil Dövlətlər Birliyi, həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində sıx qarşılıqlı iqtisadi əlaqələrimiz var. Əlbəttə ki, Qarabağa dair birgə üçtərəfli bəyanatlar necə həyata keçirilir, ərazidə dinc həyat necə qurulur, nəqliyyat infrastrukturunun inkişafı və açılması və sair bu kimi mövzular da olacaq, – Peskov qeyd edib.