“Xalqın qarşısında çıxış etmək əvəzinə, təxribat yolu seçdilər”
Bunu Müsavat başqanının müavini, partiyanın Divan üzvü Nemət Kərimli özünün feysbuk səhifəsində yazıb.
Ötən gecə parlamentin qarşısında keçirilən aksiyanı şərh edən Nemət Kərimli bildirib ki, insanlar çox güman ki, kortəbii şəkildə orduya dəstək, Qarabağa azadlıq adıyla küçələrə axışdılar.
.
Bu təşkilatçısız, lakin səmimi olaraq birlik nümayiş etdirən kütlənin hərəkəti pis sonluqla qurtara bilərdi: “Sadəcə olaraq hakimiyyən nümayəndəsi, hətta dövlət başçısı onların qabağında çıxış etməli, vəziyyəti izah etməli, onlara ruh verməli və evə səsləməlidi idi, bununla kütlə hərəkatı gözəl sonluqla bitəcəkdi. Lakin hakimiyyətin heç bir eşalonunda kütlə qarşısına çıxmağa üzü olan bir adam yoxdu. Hamısı yalan, korrupsioner, vəzifəyə ticarət obyekti kimi baxanlardı. Ona görə də hakimiyyət təxribat yolu seçdi, bir qrup təxribatçı Milli Məclisin binasına girdi, sonra polis maşının devirdi və polisə güc tətbiq etməyə bəhanə verdi”.
“Bununla da insanların ruhun sındırdılar. Bu vəziyyətlə ölkə qabağa gedə bilməz, müharibədə qələbə ola bilməz” – deyə, Müsavat yetkilisi vurğulayıb.
.
Basta