ABŞ-ın Rusiyadakı səfirliyi vizaların verilməsini dayandırır

ABŞ-ın Rusiyadakı səfirliyi mayın 12-dən etibarən diplomatik vizalar istisna olmaqla, vizaların verilməsini dayandıracaq.

 

ABŞ səfirliyi qərarı konsulluq işçilərinin sayının azalması ilə əlaqələndirib. “Rusiya hökumətinin hərəkətləri nəticəsində biz konsulluq işçilərimiziin sayını 75% azaltmağa məcbur olduq” – deyə, TASS-ın məlumatına görə,  səfirliyin açıqlamasında bildirilir.

 

Diplomatik nümayəndəliyin veb saytında ingilis dilində yayımlanan xəbərdarlıqda bildirilir ki, vaxtı bitmiş pasportların dəyişdirilməsi və doğum şəhadətnaməsinin alınması da daxil olmaqla, Rusiyadakı ABŞ vətəndaşlarına   xidmətlərin göstərilməsində problemlər ola bilər.

 

ABŞ səfirliyi ayrıca, koronavirus pandemiyası səbəbi ilə vaxtı keçmiş viza ilə Rusiyada qalmağa icazə verilən Amerika vətəndaşlarına 15 iyun tarixinədək ölkəni tərk etmələri lazım olduğunu bildirib.

 

Qeyd edək, ABŞ-ın sanksiyalarına cavab olaraq, Rusiya Amerika səfirliyinin 10 diplomatını ölkədən çıxarıb. Bundan başqa rəsmi Moskva Rusiya vətəndaçlarının ABŞ səfirliyində işə götürülməsini qadağan edib. Nəticədə səfirlik dipmissiyada çalışan onlarla işçini işdən çıxarmağa məcbur olub.

 

Basta