İlham Əliyev Ermənistanla sərhəddəki gərginliyə reaksiya verdi
Hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir.
Bu sözləri ölkə başçısı İlham Əliyev bu gün qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.