AXC-nin ildönümü münasibətilə İsa Qəmbərin təbriki

Bu gün Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında 31 il ötür. AXC-nin qurucularından biri, MSDM-in sədri İsa Qəmbər bu münasibətlə xalqı təbrik edib.

.

Təbrikdə deyilir:

16 iyul mənim üçün əlamətdar günlərdən biridir.

16 iyul 1989-da Elçibəyin liderliyində AXC-nin qurulmasında iştirak etmişəm və mən bununla qürur duyuram.
16 iyul 1993-də həbs edilmişəm və mən Əliyev rejiminin ilk siyasi məhbuslarından biri olmağımı bioqrafiyamın önəmli faktlarından hesab edirəm.

.


Həbs də mənim 16 iyula münasibətimi dəyişməyib, əksinə, elə həbs edildiyim gün parlament tribunasından AXC-nin ilk və son sədri Əbülfəz Elçibəy başda olmaqla bütün cəbhəçiləri və xalqımızı AXC-nin 4-cü ildönümü münasibətilə təbrik etmişəm

Bu gün Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 31 il keçir. Bu möhtəşəm təşkilatın tariximizdə fövqəladə rolu hələ öyrəniləcək və gerçəklər dərsliklərə də yazılacaq.

.

AXC-ni yaradan dəyərli şəxsiyyətlərin, həlledici qüvvəyə çevirən fədakar insanların, dəyərini bilən vətəndaşlarımızın simasında bütün xalqımızı bir daha təbrik edirəm!

Son günlərin Tovuz döyüşlərindən başlayan hadisələri bir daha göstərdi ki, bu xalq həmin xalqdır!
Əsgəri, zabiti, generalı ilə, gənci, veteranı, qadını ilə Vətən yolunda hər cür qəhrəmanlığa, fədakarlığa hazır Azərbaycan xalqı!

Var olun! Tanrı Azərbaycanımızı qorusun!