İlham Əliyev Kəlbəcər və Laçına səfər edib
Bazar ertəsi, avqustun 16 -da dövlət başçısı İlham Əliyev həyat yoldaşı ilə birlikdə Kəlbəcər və Laçını ziyarət etdi.
Prezidentin internet saytında verilən açıqlamada deyilir ki, səfər əsnasında İlham Əliyev Göygöl bölgəsini Kəlbəcərlə birləşdirəcək Murovdağ silsiləsindən keçən bir tunelin təməlini qoydu. Yolun ümumi uzunluğu 80 km, üç tunelin uzunluğu isə 15 km -dən çox olacaq. Yolu üç türk şirkəti inşa edir.
Sonra İ.Əliyev “Kəlbəcər” elektrik yarımstansiyasını açdı.
Bundan sonra Əliyev Kəlbəcəri Laçınla birləşdirəcək daha bir tunelin təməlini qoydu. Daha sonra o keçmiş İstisu sanatoriyasını və yeni bir hərbi hissəni ziyarət etdi.