İranın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə “sonuncu hadisələr barədə müzakirələr apardığını” deyir

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

.

Hikmət Hacıyev bazar ertəsi keçirilən görüşdə hər iki tərəfin gündəliyində olan məsələlər üzrə “səmərəli müzakirələr” aparıldığını və gələcəyə doğru yolların “nəzərdən keçirildiyini” bildirib.

.

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizdə sonuncu hadisələri və və ortaq narahatlıqları və maraq doğuran məsələləri müzakirə etdik,” – cənab Musəvi Twitter hesabından yazıb.

.

.

Bundan əvvəl Azərbaycanla Ermənistan sərhədində, Qoris-Qafan yolunda Azərbaycanın İran nömrəli nəqliyyat vasitələrinə gömrük rüsumu tətbiq etdiyi bildirilirdi.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirmişdi ki, Azərbaycan polisi sentyabrın 12-dən Qoris-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan Eyvazlı yaşayış məntəqəsində İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya yoxlamaların aparıldığını təsdiqləyib.

O deyib ki, sözügedən yer Azərbaycanın ərazisidir və orada hərəkət edən avtomobillər “müvafiq qaydada yoxlanıla bilər”.

Dövlət Gömrük Komitəsinin bazar ertəsi yaydığı açıqlamada bildirilir ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri “yol vergisinin vergitutma obyektidir” və hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi “bütün ölkə ərazisi üzrə təmin olunur”.

Bazar günü Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubda xarici ölkə nəqliyyat vasitələrinin Azərbaycana razılıqsız daxil olmasına “Bakının icazə vermədiyini” xatırladılıb.

.

Azərbaycan MN bildirib ki, bu kimi hallar “üçtərəfli bəyanata zidd” və Azərbaycan qanunlarının “pozulmasıdır”.

.

BBC