Qazax rayonunda yerli sakin minaya düşüb

Qazax rayonunda kişi minaya düşüb.

 

Oxu.Az-ın məlumatına görə, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Mərdanov Məmməd rayonun Bala Cəfərli kəndində minaya düşərək ölüb.

 

İlkin məlumata görə hadisə traktorla yer şumlayan zaman baş verib.

 

Faktla bağlı araşdırma aparılır.