Ukrayna ordusu Xersona doğru uğurla irəliləyir
Ukrayna ordusu Xerson vilayətində işğalçılara qarşı uğurla əks hücuma keçir.
Bu barədə Sky News-un hərbi eksperti Maykl Klark bildirib.
Onun sözlərinə görə, Ukrayna əsgərləri ruslar tərəfindən işğal olunan Xersonu azad etmək məqsədi ilə hücuma başlayıb. Ukrayna Müdafiə Qüvvələri Xersonun şimalında və şimal-şərqində 80 kilometrlik cəbhə açıb.
Təsdiqlənməmiş məlumatlara görə, son 24 saat ərzində Ukrayna qüvvələri Xersondan 26 km aralıda yerləşən Kiselevkaya çatıb.
Bir gün əvvəl prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubda işğalçılara əks hücum etdiyini, ilkin mərhələdə əsas məqsədin Xersonu azad etmək olduğunu demişdi.