Fransada müstəqil jurnalistlər Sevil Əliyevanın 52 milyon avroluq əmlakını tapıb
Dəbdəbəli daşınmaz əmlak: Fransa dünyanın hər yerindən şübhəli pulları necə cəlb edir
Altmışdan çox xarici ölkə vətəndaşı, o cümlədən dövlət başçıları, nazirlər və ya şübhəli iş adamları dəbdəbəli evlər və ya mənzillər almaq üçün Fransaya yüz milyonlarla avro sərmayə qoyublar. Bu haqda bir qrup müstəqil jurnalistlə əməkdaşlıq edən L’Obs dərgisinin yayımladığı yeni araşdırmada deyilir.
Dənizin mənzərəsi göz qamaşdırır. Saint-Tropezin ən məşhur guşələrindən birində şam ağacları ilə əhatə olunmuş villa və hovuz, onu görənləri düşünməyə dəvət edir. Bu məkan alıcını nə qədər cəlb edibsə, o, bir villa ilə kifayətlənməyib.
Zebra və La Grenouille adlı iki rieltor şirkəti vasitəsilə Sevil Əliyeva adlı şəxs 1999-cu ildə burada 5,2 milyon avroya 15 otaqlı, üstəlik mühafizəçinin üç otaqlı mənzili olan igamətgah alıb. Sonra, 2008-ci ildə isə 15,9 mln. avroya ikinci və daha böyük bir imarət alıb.
Saint-Tropezdəki bu iki ev Sevil Əliyevanın Fransadakı daşınmaz əmlakının yalnız bir hissəsini təşkil edir edir: Parisin 16-cı rayonunda o, 2005-ci ildə Taureau adlı rieltor şirkəti vasitəsilə qapalı hovuzu olan malikanə də alıb. Alqı-satqının tam məbləği – 11,5 milyon avro, demək olar ki, bütün digər əməliyyatlarda olduğu kimi, ipoteka götürmədən nağd ödənilib.
Amma bu da son deyil: Sevil Əliyeva həm də Yelisey çölləri yaxınlığında ümumi dəyəri 14 milyon avrodan çox olan dörd mənzilə sahibdir. Həmin mənzillər “Uğur”, “Böyük Uğur” və “Şans” adlı daşınmaz əmlak şirkətləri vasitəsilə alınıb.
Belə düçünmək olar ki, bu qədər əmlaka sahib olan bu zərif altmış yaşlı qadın yüksək profilli bir iş adamıdır. Üstəlik, o Londonun ən bahalı ərazilərindən biri olan Boltonda da bahalı evlərə sahibdir. Sevil Əliyeva özünü “bəstəkar” kimi təqdim edir – o, təxminən on il bundan əvvəl iki disk buraxıb, lakin onlar artıq satışda deyil.
Fransada demək olar ki heç kimin tanımadığı Sevil Əliyevanın Azərbaycanda, Xəzər dənizində, karbohidrogenlərlə zəngin olan və korrupsiya səviyyəsinə görə Transparency İnternational QHT tərəfindən ön sıralara çıxarılan keçmiş sovet respublikasında tanınmış soyadı var… O, 1993-2003-cü illərdə hakimiyyətdə olmuş keçmiş prezident Heydər Əliyevin qızıdır. O, həm də mübahisəli seçkilərdən sonra atasının ölümündən sonra onun yerinə keçmiş İlham Əliyevin bacısıdır.
Sevil Əliyevanın Fransada daşınmaz əmlaka qoyduğu ən azı 52 milyon avronu haradan əldə etdiyini müəyyən etmək mümkün deyil. Əlaqə saxlasaq da, Azərbaycan prezidentinin bacısı mesajlarımıza cavab vermədi.
Fransada Sevil Əliyeva kimi şübhəli daşınmaz əmlak investisiyaları qeyri-adi deyil. Əksinə. Müstəqil jurnalistlər kollektivinə bağlı olan L’Obs, rəsmi gəlirləri xərcləri ödəmək üçün kifayət etməyən 62 əcnəbi siyasi liderlərin və onlarının qohumunun adına olan 196 daşınmaz əmlak əməliyyatını müəyyən edə bilib. Onların arasında Kamerun prezidenti Paul Biyanın böyük oğlu və həyat yoldaşı, İndoneziyanın hazırkı müdafiə naziri Prabovo Subianto və ya Ərəb Əmirliklərindən iş adamı Xadem əl- Qubaisi kimi simalar var.
Basta