“Bəxtiyar Hacıyevə azadlıq” tələbilə aksiya – saxlanılanlar var

Siyasi fəal Bəxtiyar Hacıyevə azadlıq tələbilə bu gün Bakının Fəvvarələr Meydanında keçirilən aksiyada onlarla fəal, o cümlədən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, siyasi fəal İlkin Rüstəmzadə, Müsavatın Məclis üzvü Ayxan Hacıbəyli, AXCP fəalı Tofiq Məmmədov  və digərləri polis tərəfindən saxlanılıb.

Aksiyanın təşkilatçılarından “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının təmsilçiləri Rüfət SəfərovZaur Əkbər və Zəfər Əhmədovun da saxlandığı bildirilir.

***
Musavatın Məclis üzvü Arzulla Bulud, MNTK üzvü Əli Həsənov, AXCP rəyasət heyətinin üzvləri Asif Yusifli Safiq Qurbanov da daxil olmaqla 40-dan çox fəalın saxlanıldığı bildirilir.

AzadlıqRadiosu və Meydan TV-nin aksiyadan canlı yayımlarını təqdim edirik: