Əliyevin hədəfi Rəsulzadə, Ərdoğanın hədəfi Atatürkdür
Soldakı şəkil dövlətimizin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin Xaçmaz rayonunda olan və YAP hakimiyyəti tərəfindən təhqir edilən heykəlidir.
Sağda olan şəkil isə, Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürkün Rizədə AKP hakimiyyəti tərəfindən təhqir olunan heykəllərindən biridir.
İlham Əliyevin Rəsulzadəyə, Ərdoğanın Atatürkə münasibəti eynidir. Biri Azərbaycanın qurucu liderini satqın adlandırır, biri Türkiyənin qurucu liderinə əyyaş deyir.
Birinin ideya babaları Azərbaycanı işğal edən bolşeviklər, o birininki isə, dövləti düşmənə təslim edən Osmanlıdır. Əslində hər ikisinin məqsədi əbədi hakimiyyətdir.
İlham Əliyev ağır şərtlər altında, hətta Azərbaycanın bir qarşısının da əlimizdə olmadığı bir dövrdə itirdiyimiz torpaqları cümhuriyyət liderlərinin əlehinə istifadə edir. Ancaq, ruslara xidmət edən, Zəngəzuru erməniyə verən, müstəqilliyə qarşı savaşan Nərimanov bunların dövlət xadimləridir.
Ərdoğan az qalır Lozanna müqaviləsi haqqında meyxana deyə. İşi-gücü ancaq Lozanna ilə cümhuriyyətçiləri vurmaqdır. Amma nədənsə, babalarının bağladığı biabırçı Sevr müqaviləsinin adını çəkmir. Cumhiriyyətcilərin “Lozanna”dan sonra bağladıqları Montrö sazişinindən danışmasına isə Ərdoğanın xisləti imkan vermir.
Türkiyədə AKP hakimiyyəti ilə, Azərbaycanda olan YAP hakimiyyəti mahiyyətcə bir-birinin tayıdır. Hər iki hakimiyyətin bir düşməni var: demokratiya, azadlıq və cümhuriyyət! Hər iki hakimiyyətlərin dövründə dövlətin müstəqilliyini qazanan kişilər söyülür. İlham Əliyevin hədəfi Rəsulzadə və Elçibəy, Ərdoğanın hədəfi Atatürkdür.
Türkiyədə əsas əl-ayağa dolaşan adamlar “çerez” Baxçalı gedib AKP – nin dalına girənlərlər, Azərbaycanda da “çerez” Ərdoğan YAP- ın dalına girənlər eyni adamlar, millətə yaradılan eyni problemlərdir.
Ozunu Rəsulzadəci və Elcibəyçi adlandırıb Əliyev hakimiyyətinə simpatiya bəsləyənlərlə, özünü Atatürkçü adlandırıb Ərdoğana rəis deyənlərin hər biri eyni bezin qırağı, xalqın ən böyük problemləri olan münafiqlər və demokratik savaşın ən böyük düşmənləridirlər. Bu ikiüzlü insanların sayəsində nə Türkiyədə, nə də Azərbaycanda insanlar bir araya gələ bilmirlər. Bu maraq adamları çürük meyvə kimi yanında olanları da çürüdürlər.
Dövlətin ən böyük düşməni cümhuriyyətə düşmən olan dövlət başçısıdır. Ondan da böyük düşmən isə, həmin adamı hakimiyyətdə saxlayan axmaq insanlardır.
Cümhuriyyətin qələbəsi əbədi olacaq!
Elşən Əlisoy