ABŞ Türkiyə və Ermənistanı Rusiyaya kömək etməkdə suçladı
Tətbiq olunan sanksiyalara baxmayaraq, Rusiya əsas elektron komponentlərin idxalını bərpa edə bilib.
“Politico”nun yazdığına görə, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O’Brayen deyib ki, ölkəyə əsas çiplərin və elektronikanın idxalı müharibədən əvvəlki səviyyəyə qayıdıb.
ABŞ rəsmisinin fikrincə, problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə satır, onlar da öz növbəsində onları Rusiyaya satırlar.
O`Brayen qeyd edib ki, bu komponentlər müasir silahların istehsalında çox vacibdir. Onun sözlərinə görə, ABŞ sanksiyalardan yayınmağa kömək edən 5 ölkə müəyyən edib. bunlar: Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandır.