Rusiya Ermənistana nota verdi

Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidmətindən bildirilib.

İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt nota təqdim edilib.

Notada öz əksini tapan məsələlər arasında xüsusilə, Roma Statutunun ratifikasiya prosesinin başlanması, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Ukraynaya humanitar yardımın verilməsi, habelə ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alıb.

Ermənistan parlamentinin spikeri tərəfindən təhqiramiz ifadələrin qəbuledilməzliyi də vurğulanıb, bloger Badalyanın və “Sputnik Ermənistan” radiosunun müxbiri Gevorkyanın Ermənistanda saxlanmasından ayrı-ayrılıqda narahatlıq ifadə olunub.

Rəsmi Moskva hesab edir ki, Rusiya və Ermənistan müttəfiq olaraq qalır və tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı bütün razılaşmalar iki ölkə xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcək.

Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasının asanlaşdırılması üçün Təşkilatın müşahidə missiyasının respublikaya göndərilməsinə aiddir.