ABŞ Rusiya və Çinin qurumlarına qarşı yeni sanksiyalar tətbiq edir
ABŞ İranın nüvə proqramına dəstək verən Rusiya Federasiyası və Çin Xalq Respublikasından dörd quruma qarşı sanksiya tətbiq edəcək. Reuters xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın İran və Venesuela üzrə xüsusi elçisi Eliott Abrams çıxış edib.
Onun sözlərinə görə, müvafiq tədbirlər çərşənbə günü tətbiq ediləcək. Abrams, hazırkı prezident Donald Trampın Tehrana təzyiq göstərməkdə davam edəcəyini və mümkün qədər sanksiya tətbiq edəcəyini bildirib.
O, qarşıdakı iki ay ərzində İrana qarşı İnsan hüquqlarının pozulması və nüvə proqramları ilə bağlı başqa sanksiyaların da tətbi ediləcəyini vurğulayıb.
Abramsın sözlərinə görə, Cozef Baydenin yeni administrasiyası ABŞ-ın İrana qarşı siyasətini dərhal kökündən dəyişdirə bilməyəcək. Bayden əvvəlki seçki proqramında ABŞ-ın nüvə anlaşmasına geri dönmə ehtimalını elan etmişdi.
Qeyd edək ki, 3 noyabrda ABŞ-da keçirilən seçkilərdə Demokrat partiyasının namizədi Co Bayden qələbə qazanıb. Müvafiq seçki prosedurları başa çatdıqdan sonra Baydenin yanvarın 20-də öz səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.
Basta