Van Damın oğlu azərbaycanlı pianoçu ilə evlənib

Məşhur aktyor Jan Klod van Damın oğlu Kris van Damm azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənib. 

 

Lent.az-ın məlumatına görə, Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla gətiriblər. Oqtay Zulfüqarovun rəhbərliyi altında atılan ilk addımlar Suadanı Yasamal rayonundakı 16 saylı Uşaq Musiqi Məktəbinə gətirib çıxarıb. Burada isə Qara Qarayevin tələbələrindən biri olan Afa Fiqarova ilə fortepiano dünyasına Suada ilk addımlarını atıb.

 

İlk məktəb təhsilinə Bakı Avropa Liseyində başlayan Suada Hacızadə 2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunub. Eyni zamanda Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər verib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.

 

Əlavə edək ki, sosial şəbəkədə Van Dam ilə Suada Hacızadənin rəqs görüntüləri də yayılıb.

 

Sözügedən videonu təqdim edirik:

Lent.az