İqtisadiyyatManşet

Azərbaycandan Rusiyaya pomidor idxalına qoyulan qadağa aradan qaldırıldı

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti dekabrın 24-dən Azərbaycanın 12 müəssisəsindən pomidor tədarükü ilə əlaqədar müvəqqəti məhdudiyyətləri aradan qaldırıb. Bu barədə şöbədən RBK-ya daxil olan məlimatda ​​deyilir.

 

Qeyd edək ki, dekabrın əvvəlində Azərbsycandan Rusiyaya alma və pomidor idxalına qadağa qoyulmuşdu.  Bu qərar pomidor və almada tapıldığı deyilən hansısa böcəklə əlaqələndirilsə də, Azərbaycanda bir çoxları qadağanın siyasi motivli olduğunu düßünür.

 

Basta

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir