Müsavat Operativ Qərargahdan cavab gözləyir

İyulun 4-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda görülən işlər barədə məlumat verilib. Müsavatın Xızı rayon təşkilatlarında keçirilən hesabat-seçki iclası barədə məlumat dinlənilib.

Azərbaycanın quru sərhədlərinin açılması tələblərinin artmasına baxmayaraq, hakimiyyətin Türkiyə ilə də quru sərhədləri bağlaması pislənilib. Bunun səbəbi ilə bağlı ictimaiyyətə məlumat verilməsi tələb olunub. Qeyd edilib ki, həmin məsələ ilə bağlı Müsavat Partiyasının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərdiyi rəsmi sorğuya bu günədək cavab verilməyib.

Laçın şəhərinin Azərbaycana təhvil verilməsi ərəfəsində burada evlərin yandırılması barədə məlumatlardan narahatlıq ifadə edilib.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, Özbəkistanın Qaraqalpak vilayətində hakimiyyətin konstitusiya dəyişiklikləri təkliflərinə əhalinin etirazları və toqquşmalardan sonra yaranan durum barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta