Arif Hacılı:”Gəlirlər artdısa, əhali niyə yoxsullaşdı?”
İlham Əliyev deyir ki, son 6 ayda gəlirlərimiz 20% artıb.
Biz də bunu deyirik ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranının Azərbaycan iqtisadiyyatına dəxli yoxdur.
Əksinə, neftin, qazın qiymətinin qalxması Azərbaycanın gəlirlərini də artırır.
Bəs necə oldu ki, gəlirləri 20% artan Azərbaycan iqtisadi böhrana girdi?
Necə oldu ki, əhalinin gəlirləri artmadı?
Maaşlar, pensiyalar, sosial yardımlar yüksəlmədi?
Əksinə unun, çörəyin, yağın, ətin, süd məhsullarının və digər gündəlik tələbat mallarının qiyməti yüksəldi?
Necə oldu ki, gəlirləri artan dövlətin əhalisi varlanmaq əvəzinə daha da yoxsullaşdı?
Yəqin ki, nə riyazi, nə məntiqi cavabı olmayan bu sualları yalnız həmişə, hər şeyi, hamıdan yaxşı bilən İlham Əliyev cavablandıra bilər.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.