Əli Xameneyinin bacısı oğlu da ona qarşı çıxdı
İranın rəhbəri Əli Xameneyinin bacısı oğlu Mahmud Muradxani anasının bəyanatını şərh edib. Bildirib ki, anası Bədri Hüseyni Xameneyi İran xalqı ilə həmrəylik üçün bu addımı atıb və Əli Xameneyini tənqid edib.
O, yalnız Əli Xameneyiyə deyil ümumiyyətlə hakimiyyətin bütünlüyünü qəbul etmədiklərini və dini hakimiyyətə qarşı olduqlarını söyləyib.
Bir neçə gün əvvəl Əli Xameneyinin bacısı Bədri Hüseyni Xameneyi bəyanat yayaraq İran rəhbərini tənqid edib və onu diktatorluqda günahlandırıb.
GünazTV