Lavrov: Azərbaycan Rusiyada görüşə razıdır, Ermənistan isə hələlik tam razılıq verməyib
Biz dəfələrlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü üçün platforma təqdim etmişik, o cümlədən ötən ilin dekabrında həmkarlarımızın Rusiyada növbəti görüşünün keçirilməsi barədə razılıq əldə edilmişdi, lakin erməni həmkarlarımız bildirdilər ki, onlar bu tədbirdə iştirak edə bilməz.
Bunu Bakıda keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz bu cür görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır olduğumuzu bir daha təsdiqlədik. Azərbaycan tərəfi buna hazırdır, Ermənistan tərəfi bildirib ki, o da etiraz etmir, lakin hələlik tam razılığını verməyib. Hesab etmirəm ki, biz təkidlə xidmətlərimizi təklif etməliyik”.