Kreml PUA-larla vuruldu – Video
Kreml Ukrayna pilotsuz təyyarələrinin Putinin Moskvadakı iqamətgahına hücum etdiyini bildirib. Bu, “terror hücumu və prezidentə sui-qəsd” elan edilib.
Kremlin məlumatına görə, mayın 3-nə keçən gecə iki pilotsuz təyyarə Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına hücum etməyə cəhd edib. Kreml buna görə “Kiyev rejimini” günahlandırıb.
Kreml bildirib ki, “hərbi və mütəxəssis xidmətlər tərəfindən vaxtında görülən tədbirlər” nəticəsində pilotsuz təyyarələr sıradan çıxıb.
Prezidentin sözçüsü Dmitri Peskovun sözlərinə görə, pilotsuz təyyarə ilə hücum edilən vaxt Putin Kremldə olmayıb. Mayın 3-də o, Moskva yaxınlığındakı Novo-Oqaryovoda iqamətgahda işləyir.
“Rusiya tərəfi lazım bildiyi yerdə və nə vaxt cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, – Kremlin bəyanatında deyilir.
Sosial şəbəkələrdə dron hücumlarının videoları yayılıb.
Ötən ilin 24 fevralından başlayaraq Rusiya özü Ukraynanın müxtəlif şəhərlərini, o cümlədən Kiyevi mütəmadi atəşə tutur. Yəni, məlumat doğru olsa belə, bu, Kiyevin gecikən cavabı kimi qiymətləndirilməlidir.
Ukrayna prezidentinin mətbuat katibi Serhiy Nikiforov mediaya verdiyi açıqlamada bildirib ki, Ukrayna xarici ərazilərə hücum etmir.
“Bizdə Kremlə qondarma gecə hücumları barədə məlumat yoxdur. Lakin prezident [Vladimir] Zelenskinin dəfələrlə qeyd etdiyi kimi, Ukrayna bütün mövcud qüvvə və vasitələrini öz ərazilərinin azad edilməsinə yönəldib”, – Nikiforov bildirib.
O, həmçinin Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun Kremlə pilotsuz təyyarənin hücumunu “terror hücumu” adlandırmasına münasibət bildirib. “Terror aktı Dnepr və Umanda evlərin girişlərinin dağıdılması və ya Kramatorskdakı dəmiryol vağzalına raket hücumudur, bir çox başqa faciələrdir. Moskvada baş verənlər isə açıq-aydın vəziyyətin 9 may ərəfəsində gərginləşdirilməsidir. Rəqiblərimizdən gözlənilən addım idi” – deyə Nikiforov əlavə edib.
Basta