Ermənistan parlamentində dava düşdü – Video
Müxalifətçi deputat Artur Sarkisyanın Ermənistan parlamentində çıxışı zamanı ehtiraslar alovlanıb.
Armtimes xəbər verir ki, Sarkisyan çıxışında sərt ifadələr işlədib, buna cavab olaraq spiker Alen Simonyan, onu fikrini düzgün ifadə etməyə çağırıb.
Çıxışdan sonra Sarkisyan Milli Məclisin tribunasından həmin anda zalda olan hakim Armen Danielyana müraciət edərək deyib: “Gözümün içinə baxmadan mənim həbsimə qərar verən hakim sizsiniz”.
Bundan sonra vəziyyət gərginləşib. Müxalifətdən olan deputatlarla iqtidar qüvvələri arasında qarşılıqlı təhqirlər səslənməyə başlayıb və əlbəyaxa dava düşüb. Bundan sonra parlamentin sədri təhlükəsizlik qüvvələrinə zəng edib və Artur Sarkisyanın zaldan çıxarılmasına göstəriş verib.
Müxalifətçi deputatlarla, onları zaldan çıxaran təhlükəsizlik qüvvələri arasında da dartışma yaşanıb.