Ukraynadan Azərbaycana növbəti dəstək

Ukrayna Xarici İşlər Nazirliyi Qarabagdakı separatçı rejimin keçirdiyi prezident seçkilərinə reaksiya verərək, “qondarma” seçkiləri tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirib.

Üstəlik,  rəsmi Kiyev bu “seçkilərin” beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu və nəticələrinin mənasız olduğunu qeyd edib.

Ermənistan mətbuatı yazır ki, rəsmi Yerevan ötən həftə Ukraynaya humanitar yardım göndərsə də, Kiyevin öz mövqeyini dəyişməyib.

Basta