Ötən gün 80 erməni Qarabağı tərk edib

2023-cü il sentyabrın 16-da 80 nəfər Laçın dəhlizi ilə Qarabağdan Ermənistana gedib.

Bu haqda Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin teleqram kanalında məlumat yayılıb. 

Bildirilir ki, RMK nümayəndələri Qarabağdan köçmək istəyən sakinlərin Laçın dəhlizi ilə daşınmasını, onların Azərbaycan tərəfdəki sərhəd-nəzarət məntəqəsindən keçməsini, əmlaklarının yüklənməsini və çatdırılmasını təmin ediblər.

Basta