Qarabağda Ermənistan silahlı qüvvələrinin tərksilahına başlanılıb
Qarabağda erməni silahlı birləşmələrinin tərksilahına və hərbi texnikanın təhvil verilməsinə başlanılıb. Rusiya sülhməramlı kontingentinin xəbər bülleteninə əsasən, sentyabrın 22-nə olan məlumata görə, altı ədəd zirehli texnika, 800-dən çox atıcı silah və tank əleyhinə silahlar, 5000-ə yaxın döyüş sursatı təhvil verilib.
Həmçinin bildirilir ki, sülhməramlılar Laçın və Ağdam yolları ilə Qarabağın mülki əhalisi üçün humanitar yüklərin çatdırılmasını təmin edirlər. Ümumilikdə 50 tondan çox ərzaq çatdırılıb.
Rusiya sülhməramlı kontingentinin bazasında hazırda öz evlərinə qayıda bilməyən 440-ı uşaq olmaqla 826 mülki şəxs var. Onların yaşayışı, qidalanması və tibbi yardımı təşkil edilib”, – deyə məlumatda bildirilir.