Priqojinin öldürülməsini Patruşev təşkil edib – WSJ
“Vaqner” özəl hərbi şirkətinin yaradıcısı, iş adamı Yevgeni Priqojinə qarşı sui-qəsdin təşkilatçısı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Paruşev olub.
Bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti Qərb kəşfiyyat orqanlarının anonim mənbələrinə istinadən yazır.
Nəşrin məlumatına görə, Patruşev 2022-ci ilin yayında Rusiya prezidenti Vladimir Putinə Priqojinin artan təsir təhlükəsi barədə xəbərdarlıq etməyə başlayıb. Lakin prezident ona qulaq asmayıb, çünki Vaqnerin muzdluları, Kremlin hesab etdiyi kimi, Ukraynada döyüş meydanında uğur qazanırdılar. Nəşrin həmsöhbəti olan keçmiş rus kəşfiyyatçısının sözlərinə görə, vəziyyət 2022-ci ilin oktyabrında dəyişib.
Məqalədə deyilir ki, 2023-cü ilin iyununda Priqojin iğtişaşlara başlayanda Patruşev bunu nəhayət Vaqnerin rəhbərindən yaxa qurtarmaq üçün bir fürsət kimi görüb.
Nəşr iddia edir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə muzdluların Belarus ərazisinə köçürülməsi barədə razılıq əldə edildikdən sonra Patruşev Priqojini öldürmək planı hazırlamağa başlayıb.
Nəşrin mənbələrinin məlumatına görə, Putin planlarla tanış olub və etiraz etməyib. WSJ-nin həmsöhbətlərinin sözlərinə görə, avqustun 23-də Şeremetyevo hava limanında Vaqner qrupunun yaradıcısının istifadə etdiyi şəxsi təyyarənin qanadı altına kiçik bomba qoyulub.
Basta