ABŞ rəsmisindən Reutersə sızdırma: “Tramp Xameneyinin öldürülməsinə qarşı çıxıb”

ABŞ-dan iki mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, İsrail ABŞ səlahiyyətlilərinə İranın ali dini lideri Ayətullah Əli Xamneyini öldürə biləcəyini bildirib, lakin prezident Donald Tramp israillilərə plandan əl çəkmələri üçün təzyiq edib.

“İranlılar bircə amerikalını öldürüblər? Xeyr. İndiyə qədər bu baş verməyib və siyasi rəhbərliyə hücumdan söhbət gedə bilməz”, – ABŞ hökumətinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisinin iddiasına görə, Tramp bu sözləri deyərək İranın siyasi rəhbərliyinin məhv edilməsinin qarşısını alıb. 

Reutersin bu məlumatı ilə bağlı suala cavab olaraq, İsrailin baş naziri Benyamin Netanyahu isə “Fox News” telekanalının efirində aşağıdakıları deyib: “Baş verməmiş söhbətlərlə bağlı çoxlu yalan xəbərlər var, ona görə də bu barədə şərh verməyəcəyəm”.