Rusiya təyyarəsi Krımda qəzaya uğradı, 29 nəfər həlak oldu
Krımda An-26 təyyarəsi qəzaya uğradı, 29 nəfər həlak oldu
Krım üzərində planlı uçuş zamanı Rusiyanın An-26 hərbi yük təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 6 ekipaj üzvü və 23 sərnişin həlak olub.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, təyyarəyə zərərverici kənar təsir olmayıb, ilkin səbəb texniki nasazlıqdır.
TASS məlumat verir ki, An-26 qayalara dəyərək qəzaya uğrayıb.

