Müsavat Divanının iclası keçirilib
Bu gün Müsavat Divanının növbəti iclası keçirilib.
.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, mərkəzi qərargahda keçirilən iclasda əvvəlcə cəbhə xəttindəki son durum barədə məlumatlar dinlənilib. Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altındakı ərazilərimizin azad olunması tarixi qələbənin başlanğıcı kimi qiymətləndirilib.
.
Bu mərhələdə Azərbaycanda bütün siyasi qüvvələrin və təbəqələrin həmrəylik nümayiş etdirməsinin, hər kəsin öz davranışında məsuliyyətli olmasının zəruriliyi vurğulanıb.
.
Qeyd edilib ki, Müsavat Partiyası sentyabrın 27-də hərbi əməliyyatların başladığı andan etibarən Azərbayca ordusunun yanında olduğunu bəyan edib, sonrakı günlərdə Beynəlxalq Birliyə çağırış edərək Ermənistanın hərbi cinayətlərinin durdurulmasını tələb edib. Divan Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması uğrunda hərbi əməliyyatların həyata keçirildiyi dövrdə partiyanın və başqan Arif Hacılının tutduğu mövqeni təqdir edib.
.
İclasda partiyanın cari fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib.
.
Basta