Koronavirusa yoluxanların sayı kəskin şəkildə artıb
Ötən gün Azərbaycanda koronavirusa 369 yeni yoluxma faktı aşkar edilib, 102 nəfər sağalıb, 4 nəfər vəfat edib. Bu barədə çərşənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ölkədə indiyədək ümumilikdə 42750 koronavirusa yoluxma faktı qeydə alınıb, onlardan 39570 nəfəri sağalıb, 616 nəfər vəfat edib.
Bu gün aktiv koronavirus xəstələrinin sayı 2564 nəfər təşkil edir.
Xatırladaq ki, dünən hakimiyyət Şəki şəhərinə, habelə Sabirabad rayonunun bir sıra kəndələrinə giriş-çıxışı bağlayıb. Göründüyü qədər, ən çox yoluxma faktı məhz bu bölgələrdə qeydə alınıb.