Rusiyada Navalnının azad olunması tələbilə etirazlar başladı – Canlı yayım
Rusiyada müxalif siyasətçi və Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının azad olunması tələbilə aksiyalara start verilib.
Fonddan verilən məlumata görə, ölkənin 93 şəhərində aksiyaların keçirilməsi planlaşdırılıb. Bütün şəhərlərdə aksiyaların yerli vaxtla saat 14:00-da başlamasına qərar verilib. Ötən günlər ərzində bir çox şəhərlərdə Fondun yerli qərargahlarının təmsilçiləri həbs edilib.
Artıq Vladivostok, Xabarovsk, Çita, Ulan-Ude və İrkutsk şəhərlərində aksiyalar başlayıb. Aksiyalarda minlərlə insanın iştirak edir. Etirazçılar Rusiya prezidenti Vladimir Putinin istefasını və Navalnının azad olunmasını tələb edirlər.
Ən kütləvi aksiyaların Moskva və Sankt-Peterburq şəhərlərində baş tutacağı gözlənilir.
Yanvarın 18-də Moskvanın Ximki rayon məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ən fəal tənqidçisi olan Aleksey Navalnının 30 sutka inzibati həbs olunması barədə qərar çıxarıb və o “Matrosskaya tişina” istintaq təcridxanasına yerləşdirilib. Məhkəmə iclası prosesual qanunvericiliyə zidd olaraq polis idarəsinin binasında keçirilib.
Ötən ilin avqust ayında Navalnı səhhəti qəfildən pisləşdikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb. Onun Rusiyada “Noviçok” zəhəri ilə zəhərləndiyi, bu əməliyyatda Rusiya xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair ciddi sübutlar ortaya qoyulub.
Basta